`ABŞ ilə nüvə müharibəsinə hazırıq` - Şimali Koreya


22:22     19 Aprel 2017 simali%20kor.jpg

Şimali Koreya səfirliyinin səlahiyyətlisi Sin Conq Hep Pxenyanın ABŞ-ın başlayacağı nüvə müharibəsinə cavab verməyə hazır olduğunu açıqlayıb.


Bu barədə Şimali Koreya səfirliyinin səlahiyyətlisi Jeong Humı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski ilə görüşündə deyib. Koreyalı diplomat "Ordumuz və xalqımız düşmən qüvvələrin edə biləcəyi hər cür təxribata cavab verəcək iradəyə, hazırlığa və gücə malikdir.

Ordumuz və xalqımız ABŞ və düşmən qüvvələr tərəfindən gələcək hər cür hücuma cavab verməyə hazırdır. Əgər onlar nüvə müharibəsi istəsə, biz də nüvə müharibəsi ilə cavab verə bilərik, əgər çoxtərəfli müharibə istəsələr, belə bir müharibəyə də hazırıq", - sözlərini dilə gətirib.

Qeyd edək ki, Şimali Koreyanın raket sınaqları və ABŞ-ın regiona yönəlik hərbi güc toplaması Koreya yarımadasındakı gərginliyi artırır.

Femida.az

Açar sözlər:

Oxunub: 830